Alliance Agro Услуги



Ölkələr arasında aparılan ticarət əlaqələri zamanı məhsul və ya xidmətlərin ölkəyə gətirilməsi (idxal) və ölkədən çıxarılması (ixrac) əməliyyatlarını təşkil edir. İdxal dedikdə, məhsulun ölkə ərazisinə yenidən qaytarılmamaq şərti ilə daxil edilməsi başa düşülür. İdxalata ölkənin iqtisadiyyatında istehlak üçün nəzərdə tutulan idxal olunan məhsullar və təkrar idxal rejiminə əsasən dövlətin ərazisinə gətirilmiş mallar aid edilir. İdxalın həyata keçirilmə məbləği deyildikdə buraya idxal ediləcək məhsulun qiyməti, həmin məhsulun idxalat ölkəsinin sərhəddinə daşınmasına və sığortalanmasına çəkilən xərclərin cəmi aiddir. Bu səbəbdəndə idxal olunan məhsulun qiyməti idxalat ölkəsindəki qiymətdən fərqlənərək, artımla olur. Bir qayda olaraq bütün xərclər məhsulu alan ölkə tərəfindən ödənilmiş olur. İxrac dedikdə isə, məhsulların ölkə sərhəddindən çıxarılaraq, xarici bazarlarda realizəsi nəzərdə tutulur. Ixrac əməliyyatı məhsulun ölkə sərhəddini tərk etdiyi zaman həyata keçirilmiş sayılır.

"ALYANS AQRO" MMC Rusiya və digər ölkələrlə pomidor, xurma və digər meyvələrin idxal-ixracını həyata keçirir.


Şirkətin logistika xidməti bütün növ yükdaşımaları (beynəlxalq və daxili yükdaşıma, beynəlxalq karqo və beynəlxalq qrup şəklində yükdaşımaları) əhatə etməklə, yüklərin ən optimal üsullarla və təhlükəsiz şəkildə avtomobil yolu, dəniz və hava yolu ilə ünvana çatdırılmasını təmin edir. Beynəlxalq yükdaşıma “Alyans-Aqro” MMC üçün əsas fəaliyyət istiqamətidir. Şirkət Türkiyə, Rusiya, İran, Türkmənistan, Qazaxıstan və Orta Asiyanın digər ölkələri üzrə yükdaşımalar həyata keçirir və həmin ölkələr üzrə istənilən hava, dəniz limanalarından istifadfə edir. Eləcə də, tərəfimizdən müxtəlif ölkələr üzrə dəmiryolu nəqliyyatı ilə birlikdə avtomobil nəqliyyatı ilə daşınan multimodal daşınmadan istifadə edilir.

Uzun illərdir fəaliyyət göstərən şirkətimiz peşəkar komandası ilə sahibkarlara yükün nəqlində ən səmərəli üsulun seçilməsinə kömək edir, beynəlxalq standartlarla yüklərin gecikmədən təyinat məntəqəsinə daşınmasına zəmanət verir. Ənənəvi daşıma üsullarından fərqli olaraq, “Alyans-Aqro” ilə tərəfdaşlıq sahibkarları əlavə qayğılardan və bütün narahatlıqlardan azad edir. Daşıma zamanı məhsulların zədələnməsi, itməsi və sıradan çıxması halları demək olar ki, mövcud deyil. 


Şirkət taxta (meşə sənayesi) məmulatlarının tranzit, idxal və ixracına (Tranzit - İran, iraq, Suriya; İdxal - Rusiya, Belarus; İxrac – İran) da önəm verir.





“Alyans-Aqro” MMC öz müştərilərinə keyfiyyətli gömrük rəsmiləşdirilməsi xidməti göstərməklə logistik yükü tamamilə öz üzərinə götürür. Bunun üçün qarşı tərəfdən sadəcə olaraq yük haqqında bütün məlumatların düzgünlüyünü və savadlı şəkildə təqdimatını tələb edir. Məlumatların tam təminatı ilə gömrük rəsmiləşdirilməsi əlavə lazımsız xərclər və fors-major hallar olmadan həyata keçirilir. 

 
Şirkət gömrük rəsmiləşdirilmələri zamanı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyininzəruri təlimatlarını nəzərə alır, qurumla əməkdaşlıq şəraitində müştərilərin maarifləndirilməsi işini də həyata keçirir.


Gömrük rəsmiləşdirilməsi xidmətlərinə aşağıdakılar aiddir: 


- elektron gömrük bəyannaməsinin tərtibi (əlavə vərəqlər ödənişlıdir), sənədlərin hazırlanması və gömrük rəsmiləşdirilməsi üçün gömrük əməliyyatlarının keçirilməsi.
- sifarişçinin (vətəndaşın və ya şirkət nümayəndəsinin) iştirakı ilə gömrük rəsmiləşdirilməsi.
- tranzit elektron gömrük bəyannaməsinin doldurulması (əsas və əlavə vərəqlər ödənişlıdir).
- malların gömrük ərazisinə gətirilməsindən əvvəl qısa idxal bəyannaməsinin doldurulması xidməti.
- idxal, ixrac zamanı  tələb olunan bütün sertifikatların alınması (mənşə, fitosanitar, gigiyenik və s.).
- ixrac və idxal  zamanı tələb olunan zəruri sənədlərin hazırlanması (müqavilənin, hesab-fakturanın və digər lazımi sənədlərin tərtib olunması).
- yükləmə spesifikasiyası, mal müşayiət sənədlərinin doldurulması.
- malların çəkisinə və miqdarına uyğun yükləmə, boşaltma əməliyyatlarının aparılması (ödəniş hər bir xidmətə görə).



Logistik zəncirin ən vacib halqalarından biri də anbar saxlanc xidmətidir. Bunun üçün “Alyans-Aqro” MMC şirkəti həm ölkə daxilində və ölkə xaricində müasir avadanlıqlar və saxlama şəraiti ilə təchiz olunmuş anbarları ilə müştərilərinə yüksək xidmət təklif edir. Müasir anbar şəraitilə bütün növ məhsulların keyfiyyətini itirmədən saxlanılması təmin edilir. Bununla belə, şirkət bu xidməti təşkil edərkən anbarların 7/24 təhlükəsizliyini tam təmin edir. 


“Alyans-Aqro” şirkətinin anbar saxlamc xidmətinin özəl üstünlüklərindən biri də anbarların şəhər mərkəz mərkəzlərinə yaxın ərazilərdə yerləşməsidir. Bu da sonradan məhsulların istənilən nöqtəyə operativ sürətdə çatdırılmasını asanlaşdırır.